30 oktyabr 2024 20:54
209

Zurabişvili Baş Prokurorluqda dindirilməkdən imtina etdi

Gürcüstan Prezidenti Salome Zurabişvili Baş Prokurolquda 26 oktyabr parlament seçkilərinin saxtalaşdırılması ilə bağlı dindirmədə iştirak etməkdən imtina edib.

“İki sahil” “RİA novosti”yə istinadla xəbər verir ki, bu barədə ölkə başçısı keçirdiyi brifinqdə deyib.

“Hər kəs öz işi ilə məşğul olmalıdır. Mən prezident kimi işimi yerinə yetirməyə davam edəcəyəm və təbii ki, prokurorun yanına getmək fikrində deyiləm”.