İspaniyanın cənub-şərqində güclü yağışlarla müşayiət olunan fırtına və onların səbəb olduğu daşqınlar nəticəsində azı 72 nəfər dünyasını dəyişib.
“İki sahil” xəbər verir ki, bu barədə “El Pais” qəzeti məlumat yayıb.
Qeyd olunur ki, təbii fəlakət səbəbindən dəmir yolu əlaqəsi kəsilib, onlarla aviareys təxirə salınıb. Əlverişsiz hava şəraiti ən çox Valensiya Muxtar İcmasının infrastrukturuna ziyan vurub.
Xilasetmə işləri davam edir, prosesə yüzlərlə hərbçi də cəlb olunub.