08 avqust 2024 23:15
541

Min bir dərdin dərmanı - Nar

Ta qədim zamanlardan  meyvələrin "şahı" sayılan nar hazırda yenə titulunu qoruyub saxlayır. Hətta çox-çox keçmişdə  bu meyvə ilə bağlı bir sıra adət-ənənələr olub. Belə ki, qədim Misirdə  dünyasını dəyişəni dəfn zamanı yanına nar qoyublar.  Adət  ölünün yenidən həyatın yaşamasına ümidin simvolu bilinib.    İndinin özündə nar həyat rəmz kimi qəbul olunur, məhsuldarlığı, bolluğu ilə seçilir.  Həm də sevgi etirafı üçün nar əlimizdə yaxşı vasitədir.  Bütün  bunlarla bərabər, həyatımızı sağlam yaşamağımızda o böyük əhəmiyyətə malikdir. Elə onun müalicəvi xüsusiyyətləri haqqında danışmaq istəyirəm.

Məlumat üçün bildirim ki, narın birinci Vətəni İran olsa da, ən qiymətli növü eramızdan əvvəl qədim Yunanıstanın Kar fa gen   vilayətində becərilib.  Onu ilk dəfə elmi təbabətə gətirənlər isə Hind  həkimləri olublar. Daha sonra  misirlilər, yunanlar, assuriyalılar bir sıra xəstəliklərdən   qurtulmaqdan ötrü  ondan istifadə ediblər.  Cin təbibləri daha qabağa gedərək narın qabığını qurudub və  öz xəstələrini sağaldıblar.

Bəli, nar çox xəstəliyin dərmanıdır. Gər ki, ondan düzgün istifadə etməyi bacarasan. Nar  ağızda  şirin və turş dadı verir. Bu onun növündən asılıdır. Tərkibində şəkər və limon turşusu olmaqla bərabər, həmçinin vitaminlər, boyaçı maddələr, makro və mikroelementlərlə  zəngindir.   Məhz  odur ki, turş narın şirəsi  diabetdən əziyyət çəkənlər üçün yaxşı dərmandır.  Eyni zamanda tərkibində qan dövranını qaydaya salan  antioksidentların   zənginliyinə görə damarlardakı  aterosklerozun  inkişafını ləngidir.  İkinci tərəfdən  yorğunluq, qanazlığı, bronxial  asta, angina zamanı nar şirəsini qəbul etmək olduqca xeyirlidir, eləcə  yoluxucu  xəstəliklərin qarşısını vaxtında ala bilir.    Nar iştahanı yaxşılaşdırır,  başağrılarını aradan qaldırır,  hipertoniyanın  müalicəsində yüksək effekt verir. Boğaz, ağciyər üçün faydalı olmaqla öskürəyi kəsmək qabiliyyətinə   malikdir. Suyu içiləndə  bağırsaqların fəaliyyəti yaxşılaşır. Son vaxtlar  dırnaq iltihabı, cərrahi yaraların müalicəsində  nar tumu  balla qarışdırılaraq  həmin yerə tətbiqi  geniş yayılıb.

Göründüyü kimi,  narın hər dənəsində bir həyat vardır. İndi bizlərə  qalır ondan istifadə edib sağlamlığımıza  sevinmək...

Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Biliyinin üzvü