Ukraynanın hava hücumundan müdafiə qüvvələri Odessa üzərində Rusiyanın üç raketini zərərsizləşdirib.
“İki sahil” “Ukrinform”a istinadən xəbər verir ki, bu barədə Cənub Əməliyyat Komandanlığının yaydığı məlumata görə, raket zərbəsi nəticəsində biri uşaq olmaqla 5 mülki şəxs yaralanıb.
İlkin məlumatlara görə, Qara dəniz bölgəsindən “Kh-59” idarəolunan hava raketlərini buraxan Rusiya taktiki qırıcıları olub.
Dörd ev təsərrüfatına və qaz xəttinə ziyan dəydiyi bildirilir. Bir ev tamamilə dağılıb: "Beş mülki şəxs yaralanıb, o cümlədən xəstəxanaya yerləşdirilən uşaq. Üç nəfər xəstəxanaya yerləşdirilməkdən imtina edib".
Məhərrəm Ağalaroğlu, “İki sahil”
Ukrayna Brüsseldə tərəfdaşları ilə müharibədən sonrakı bərpa planını müzakirə edib
Tramp respublikaçıların seçkilərdə məğlubiyyətində İranla müharibənin rolunu etiraf edib
Ukrayna Aİ-yə üzvlüklə bağlı danışıqlar klasterlərinin açılması üçün şərtləri yerinə yetirib
Avropa Komissiyası Aİ-yə üzvlüyə namizəd ölkələrin irəliləyişini qiymətləndirib