Rusiya Müdafiə Nazirliyi Belqorod vilayətinin səmasında İL- 76 hərbi-nəqliyyat təyyarəsinin vurulmasını terror aktı kimi qiymətləndirib.
“İki sahil” xəbər verir ki, bu barədə nazirliyin hadisə ilə bağlı yeni açıqlamasında bildirilib.
Qeyd olunub ki, rəsmi Kiyev Belqorod vilayətində İl-76 təyyarəsini vuraraq terror aktı törədib: “Təyyarənin göyərtəsində olan hər kəs, o cümlədən ukraynalı əsirlər ölüblər. Əsirlərin dəyişdirilməsi, əvvəllər əldə edilmiş razılaşmaya əsasən, günorta saatlarında Rusiya-Ukrayna sərhədindəki Kolotilovka keçid məntəqəsində baş tutmalı idi”.
***
Rusiya Müdafiə Nazirliyi İl-76 hərbi nəqliyyat təyyarəsinin Belqorod vilayətində qəzaya uğramasını təsdiqləyib.

“İki sahil” xəbər verir ki, Rusiya MN-dən verilən açıqlamada bildirilib ki, bu gün saat 11.00 radələrində Belqorod vilayətində İl-76 təyyarəsi qəzaya uğrayıb.
Qeyd olunub ki, İl-76 təyyarəsinin göyərtəsində dəyişdirilmək üçün Belqorod vilayətinə aparılan Ukrayna Silahlı Qüvvələrinin əsir götürülmüş 65 hərbçisi, 6 ekipaj üzvü və onları müşayiət edən 3 nəfər olub.
***
Rusiyada hərbi-nəqliyyat təyyarəsi qəzaya uğrayıb, 63 nəfər ölüb.
“İki sahil” xəbər verir ki, bu barədə Rusiya KİV-ləri məlumat yayıb.
Rəsmi qurumlar məlumatı hələ ki təsdiqləməyib.