NATO-nun baş katibi Mark Rütte bildirib ki, blok daxilində Kiyevin üzvlüyü ilə bağlı yekdil rəy mövcud deyil.
“İki sahil” xəbər verir ki, Mark Rütte bu barədə "Handelsblatt" qəzetinə verdiyi müsahibədə bəyan edib.
"Hazırkı mərhələdə Ukraynanın NATO-ya daxil olması barədə hər hansı bir perspektiv görünmür, çünki alyansa üzv ölkələr arasında bu məsələdə zəruri olan yekdil (konsensus) dəstək yoxdur"- deyə, o, bildirib.
O, qeyd edib ki, ABŞ, eləcə də Almaniya və NATO-nun digər üzv dövlətləri Ukraynanın alyansa daxil olmasının əleyhinə çıxış edirlər. Hazırkı məqamda bunun üçün heç bir perspektiv mövcud deyil.
ABŞ hərbçiləri Hörmüz boğazından 1,25 milyard barel xam neftin daşınmasını təmin edib
Rubio: ABŞ Ukraynada nizamlanmaya danışıqlar yolu ilə kömək etmək cəhdlərini davam etdirəcək
Almaniyanın "Quantum Systems" şirkəti Ukraynaya minlərlə dron-tutucu təhvil verəcək