08 oktyabr 2026 14:38
100

ABŞ Myanmanın hərbi rəhbərliyi ilə birbaşa danışıqlara başlayıb

Tramp administrasiyası Myanmanın rəhbərliyi ilə birbaşa danışıqlara başlayıb.

“İki sahil” xəbər verir ki, "Reuters" agentliyinin amerikalı məmurlara və digər məlumatlı mənbələrə istinadla qeyd etdiyi kimi, bu, 2021-ci il hərbi çevrilişindən bəri Myanma hakimiyyətini təcrid olunmuş vəziyyətdə saxlamağa çalışan Vaşinqtonun siyasətində kəskin dəyişiklik olub.

"Reuters"in mənbələrinin məlumatına görə, ölkə prezidenti Min Aun Hlain ilə danışıqların birinci raundu sentyabrın 15–16-da ABŞ dövlət katibinin müavini Maykl Vensanın iştirakı ilə baş tutub. Həmin vaxt ilk növbədə keçmiş dəniz piyadası və Myanmadakı Amerika Ticarət Palatasının sabiq rəhbəri Adam Kastilyonun azad edilməsi və deportasiyası məsələsi müzakirə olunub. Məsələ müsbət həllini tapıb və iş adamı artıq sentyabrın 16-da azad edilib.

Bu uğur danışıqlar gündəliyini genişləndirməyə və amerikalılara yönəlmiş dələduzluq zəng mərkəzlərinin (koll-sentrlərin) fəaliyyətinin qarşısının alınması problemini müzakirə etməyə imkan verib. İqtisadi əməkdaşlıq perspektivi, xüsusilə Myanmada nadir torpaq metallarının zəngin yataqlarının işlənilməsi imkanları ortaya çıxıb.