08 oktyabr 2026 16:55
106

Rubio: ABŞ Ukraynada nizamlanmaya danışıqlar yolu ilə kömək etmək cəhdlərini davam etdirəcək

Vaşinqton administrasiya Ukrayna münaqişəsinin danışıqlar yolu ilə nizamlanmasına kömək etmək cəhdlərini davam etdirmək niyyətindədir.

“İki sahil” TASS-a istinadla xəbər verir ki, bu barədə ABŞ-nin dövlət katibi Marko Rubio bildirib.

O, səfərdə olduğu Lissabonda keçirilən mətbuat konfransında qeyd edib: "Biz müharibənin danışıqlar yolu ilə dayandırılmasına kömək etmək üçün əlimizdən gələni etməyə çalışmışıq və çalışacağıq".