19 yanvar 2024 11:28
417

Son dəfə bu mahnını oxuyub - VİDEO

Mərhum Əməkdar artist Aygün Bəylərin ölümündən bir müddət əvvəl oxuduğu son mahnı yayımlanıb. 

Axşam.az xəbər verir ki, bəstə "Sənin gözlərin" adlanır. Mahnını Əməkdar artist Abbas Bağırov yayımlayıb. 

Nərmin Baxşıyevanın Mikayıl Müşfiqin sözlərinə bəstələdiyi mahnı yutubda yerləşdirilib. Abbas bildirib ki, A.Bəylər dünyasını dəyişməzdən əvvəl bu mahnını hazırlayıb. 

Qeyd edək ki, Aygün Bəylər yanvarın 6-da Ankarada müalicə aldığı xəstəxanada dünyasını dəyişib. O, uzun müddət xərçəngdən əziyyət çəkib.