Xalq artisti Tünzalə Ağayeva İTV-də yayımlanan “Sabahın xeyir, Azərbaycan” verilişinin qonağı olub.
“İki sahil” xəbər verir ki, pop ulduz layihənin ən sevilən “Məşhura sual” rubrikasında iştirak edib. Sosial şəbəkə istifadəçilərdən gələn maraqlı sualları cavablandıran sənətçi bir sıra maraqlı açıqlamalar edib.
Şou-biznesin əfsanəsi “Sevgi vardır oxudur qəlbidə bülbüllərini, böylə bir sevgi mənim ruhumu oxşar kimidir” Tünzalə xanıma görə indiki dövrdə belə sevgi varmı sualını belə cavablandırıb: “Sevgi həmişə var. Yer üzü ona görə balanslıdır ki, orda ali dəyərlər yaşayır. İnsanı insan edən əsas dəyər elə sevgidir. Mən sevgisiz Tünzalə olmazdım. Mikayıl Müşfiq balaca ömründə bizə böyük sevgidən danışıb və biz də ondan öyrənirik”.
Sevilən ulduz həmçinin də “Bu qədər uğur əldə etdikdən sonra hazırda ən böyük arzunuz nədir?” sualına da özünəməxsus şəkildə cavab verib.
“Mən maksimalist insanam. Hər günüm maksimumdan ibarətdir. Daim yeni zirvələri fəth etmək lazımdır. Ona görə də arzular dayanmır, istəklər hər zaman var. Sənətimin zirvəsindəyəm, amma yenə də öyrənməyə davam edirəm. Gənclərə, istedadlı uşaqlara baxıram. Ən böyük arzularımdan biri məhz musiqili tamaşa yaratmaqdır”.
Azərbaycan Milli Xalça Muzeyində “Zamanın naxışları” moda nümayişi təşkil olunub - FOTO
“Türk Dünyası Həftəsi”nin iştirakçıları Ağdam şəhərində “İmarət” Kompleksi ilə tanış olublar