01 iyul 2026 15:14
132

"Repressiya olunmuş türkologiya”

F.D. Aşnin, V.M. Alpatov və D.M. Nəsilovun müəllifi olduğu “Repressiya olunmuş türkologiya”  kitabı “Elm və təhsil” nəşriyyatında çapdan çıxıb. 320 səhifədən ibarət nəşr repressiya dövrünə aid arxiv materialları əsasında hazırlanıb və sovet türkologiyası tarixinin ən mürəkkəb mərhələlərindən birini elmi faktlar əsasında araşdırır. AMEA Nəsimi adına Dilçilik İnstitutunun Elmi şurasının qərarı ilə çap olunan kitabın ideya müəllifi akademik İsa Həbibbəyli, tərcüməçilər professor Nadir Məmmədli və Könül Mirzəyevadır.

 Əsərdə ilk dəfə olaraq Rusiya, Azərbaycan, Qazaxıstan və Qırğızıstanın təhlükəsizlik orqanlarının arxiv sənədləri əsasında 1937–1938-ci illərdə, eləcə də ondan əvvəlki dövrlərdə siyasi təqiblərə məruz qalmış türkoloqların taleyi sistemli şəkildə araşdırılır. Kitabda ilk dəfə olaraq Rusiya, Azərbaycan, Qazaxıstan və Qırğızıstanın təhlükəsizlik orqanlarının arxiv sənədlərinə əsaslanaraq, 1937–1938-ci illərdə, eləcə də ondan əvvəlki dövrlərdə elmi fəaliyyətinə görə təqiblərə məruz qalan türkoloqların taleyi geniş şəkildə işıqlandırılır. Nəşrdə müxtəlif türk xalqlarının tanınmış elm və mədəniyyət xadimləri – A.N. Samoyloviç, E.D. Polivanov, B.V. Çobanzadə, Q.S. Xocayev, Əhməd Cavad, Mikayıl Müşfiq, Axmet Baytursınov, Maqjan Jumabayev, Kasım Tınıstanov və digər görkəmli şəxsiyyətlərin həyat və elmi fəaliyyəti haqqında ətraflı məlumat verilir.

Müəlliflər repressiya qurbanı olmuş alimlərin əvvəlcə dövrün ideoloji-siyasi tələblərinə uyğun fəaliyyət göstərməyə məcbur edildiyini, sonradan isə həmin siyasətin qurbanına çevrildiklərini arxiv sənədləri və tarixi faktlar əsasında təhlil edirlər.

Beş fəsildən ibarət olan k   itab türkologiya, dilçilik, tarix və digər humanitar elm sahələrində çalışan tədqiqatçılar, müəllimlər, tələbələr, eləcə də mövzu ilə maraqlanan geniş oxucu auditoriyası üçün nəzərdə tutulub.