27 may 2016 18:53
141

Rusiya XİN-dən "Metsamor"la bağlı açıqlama

Rusiya Xarici İşlər Nazirliyinin (XİN) sözcüsü Mariya Zaxarova “Metsamor” AES-in fəaliyyətinin region üçün təhlükəli olması ilə bağlı jurnalistlərin sualına cavab verib. 

AzVision.az-ın məlumatına görə, Zaxarova “Metsamor”la bağlı açıqlamasında bildirib ki, beynəlxalq birlik bu məsələyə maraq göstərə bilər.

“Hesab edirəm ki, suveren ölkələrin energetika məsələlərini bu ölkələrin özləri həll etməlidir. Beynəlxalq birlik bu məsələyə maraq göstərə bilər. Amma gəlin, bu məsələnin həllində prioritetliyi müvafiq stansiyanın olduğu ölkəyə verək”, - deyə Rusiya XİN-in rəsmi nümayəndəsi bildirib.