İsrail və ABŞ İrana qarşı əməliyyat zamanı nüvə bombasının yaradılmasının qarşısını alıb və bununla da ekzistensial təhlükəni aradan qaldırıb.
“İki sahil” İsrail KİV-inə istinadən xəbər verir ki, bu barədə ölkənin baş naziri Benyamin Netanyahu videomüraciətində bildirib.
"Əməliyyat hələ başa çatmayıb, lakin artıq indidən əminliklə demək olar ki, biz tarixi uğurlara nail olmuşuq. Biz bu kampaniyaya başladıq, çünki İran nüvə silahı yaratmağa və gündə yüzlərlə raket istehsal etmək imkanına çox yaxın idi. Başımızın üzərini almış iki ekzistensial təhlükə yox olmalı idi", - deyə o vurğulayıb.
Onun sözlərinə görə, İranda hələ də ölkədən çıxarılmalı olan zənginləşdirilmiş uran var: "Bu ya razılaşma yolu ilə olacaq, ya da başqa üsullarla baş verəcək".
Praqada 450 min insan medianın dövlət tərəfindən maliyyələşdirilməsinə qarşı aksiya keçirib
ABŞ-nn “Theodore Roosevelt” təyyarədaşıyan gəmisi noyabrın 16-da Yaxın Şərqə çatacaq
Frankofoniya sammitində birlik çağırışı: Konqo və Ruanda arasında baş katib postu uğrunda gərginlik
ABŞ-də 10 mindən çox reysin ləğvindən sonra uçuşlara nəzarət sisteminin yenilənməsi gündəmə gəlib
“Mercedes-Benz” Almaniyadakı bəzi zavodlarını bağlamaq planını nəzərdən keçirir