ABŞ Hərbi Dəniz Qüvvələrinin nüvə enerjisi ilə işləyən “Theodore Roosevelt” təyyarədaşıyan gəmisinin noyabrın 16-da Yaxın Şərqə çatacağı gözlənilir.
“İki sahil” xəbər verir ki, gəmi növbəti 24 saat ərzində regionda yerləşən digər iki ABŞ təyyarədaşıyan gəmisinə qoşulacaq.
ABŞ Prezidenti Donald Tramp noyabrın 12-də bildirib ki, Vaşinqton Səudiyyə Ərəbistanı da daxil olmaqla, bir sıra Yaxın Şərq ölkələrinin müraciəti əsasında İranla münaqişədə daha sərt tədbirlər görməkdən çəkinir.
ABŞ dövlət katibi Marko Rubio isə noyabrın 13-də bildirib ki, Vaşinqton hazırda İrana qarşı hərbi əməliyyatların keçirilməsinə ehtiyac görmür. Onun sözlərinə görə, ABŞ tərəfi İranın ciddi iqtisadi zərərə məruz qaldığını hesab edir.
Praqada 450 min insan medianın dövlət tərəfindən maliyyələşdirilməsinə qarşı aksiya keçirib
Frankofoniya sammitində birlik çağırışı: Konqo və Ruanda arasında baş katib postu uğrunda gərginlik
ABŞ-də 10 mindən çox reysin ləğvindən sonra uçuşlara nəzarət sisteminin yenilənməsi gündəmə gəlib
“Mercedes-Benz” Almaniyadakı bəzi zavodlarını bağlamaq planını nəzərdən keçirir