11 aprel 2026 23:53
120

"İnter"ə keçə bilər

"Sassuolo"nun müdafiəçisi Tarik Muxaremoviç "İnter"ə keçməyə yaxındır.

“İki sahil” xəbər verir ki, jurnalist Matteo Morettonun məlumatına görə, Milan klubu futbolçu ilə şəxsi müqavilə şərtlərini razılaşdırıb. Hazırda tərəflər "Sassuolo" ilə transfer məbləği üzrə danışıqları davam etdirir. "İnter"in sövdələşməyə öz futbolçularından birini də daxil etməsi mümkün variant kimi dəyərləndirilir.

Qeyd edək ki, 23 yaşlı bosniyalı müdafiəçi bu mövsüm 27 oyunda 2 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.