Albaniya Baş naziri Edi Rama Avropa İttifaqı ilə danışıqların maneəsiz irəlilədiyini bildirib və prosesin bloklanması ilə bağlı müxalifətin iddialarını təkzib edib.
“İki sahil” xəbər verir ki, baş nazir bu barədə Luşniya bələdiyyəsinin Krutye kəndində fermerlərlə görüşündə çıxışı zamanı danışıb.
O, müxalifətin üzvlük danışıqlarında durğunluq yaranması barədə fikirlərini əsassız adlandırıb.
"Heç nə bloklanmayıb. Heç bir bloklanma yoxdur, çünki bloklanacaq bir şey yoxdur", - deyən Rama müxalifət nümayəndələrini yanıldıcı bəyanatlara görə tənqid edib.
O vurğulayıb ki, Aİ-yə üzvlük iddia edildiyi kimi dayandırıla bilən yox, davamlı danışıqlar prosesidir.
Daha əvvəl analoji açıqlama ölkənin Avropa və xarici işlər naziri Ferit Hoxha da çıxış edib.
Praqada 450 min insan medianın dövlət tərəfindən maliyyələşdirilməsinə qarşı aksiya keçirib
ABŞ-nn “Theodore Roosevelt” təyyarədaşıyan gəmisi noyabrın 16-da Yaxın Şərqə çatacaq
Frankofoniya sammitində birlik çağırışı: Konqo və Ruanda arasında baş katib postu uğrunda gərginlik
ABŞ-də 10 mindən çox reysin ləğvindən sonra uçuşlara nəzarət sisteminin yenilənməsi gündəmə gəlib
“Mercedes-Benz” Almaniyadakı bəzi zavodlarını bağlamaq planını nəzərdən keçirir