Azərbaycan Müdafiə Nazirliyi və Türkiyənin “TUSAŞ” şirkəti arasında SU-25 qırıcılarının modernizasiyasına dair anlaşma imzalanıb.
“İki sahil”in verdiyi xəbərə görə, imza mərasimi İstanbul şəhərində keçirilən “IDEF - 23” 16-cı Beynəlxalq Müdafiə Sənayesi Sərgisi çərçivəsində baş tutub.
Sənədi Azərbaycan Respublikasının müdafiə nazirinin hərbi-texniki təchizat üzrə müavini Aqil Qurbanov və “TUSAŞ” şirkətinin Baş meneceri Temel Kotil imzalayıblar.