Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyənin Texnologiya naziri Mehmet Fatih Kacır ilə görüşüb.
“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, görüşdə hərbi-texniki əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb və qarşılıqlı hədiyyələr təqdim edilib.