23 iyul 2021 10:49
1004

Britni Spirs evlənməyə hazırlaşır

Amerikalı məşhur müğənni Britni Spirs evliliyə hazırlaşır.

“İki sahil” xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb.

Belə ki, sevgilisi Sem Asqari ilə görüntülənən müğənninin barmağındakı nişan üzüyü diqqət çəkib. Bundan sonra müğənninin evlənməyə hazırlaşması barədə iddialar səsləndirilib.