26 avqust 2026 20:44
131

Laçında Şəhər Günü münasibətilə konsert təşkil olunub

Mədəniyyət Nazirliyinin və Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin təşkilatçılığı ilə növbəti dəfə təntənəli şəkildə qeyd edilən Laçın Şəhəri Günü çərçivəsində konsert proqramı olub.

“İki sahil” xəbər verir ki, Həkəri çayının sahilində qurulmuş əsas səhnədə təqdim olunan konsert proqramını tanınmış mədəniyyət və incəsənət xadimləri, doğma yurdlarına qayıdan laçınlı sakinlər və çoxsaylı qonaqlar izləyiblər.

Proqramda Azərbaycanın tanınmış incəsənət nümayəndələrinin iştirakı ilə “Qarabağ”, “Mənim Azərbaycanım”, “Sən qalibsən”, “Laçın”, “Ey, Vətən” və digər mahnılar səsləndirilib.

Həmçinin Fikrət Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının təqdimatında “Uzundərə”, “Vağzalı-Mirzəyi”, “Yallı” və digər milli rəqs nümunələri təqdim olunub.