25 avqust 2026 13:52
99

Xalq artisti Tofiq Bakıxanov II Fəxri xiyabanda dəfn edilib

Azərbaycan musiqi mədəniyyətinin inkişafında misilsiz xidmətləri olan, Xalq artisti, görkəmli bəstəkar, pedaqoq, professor Tofiq Bakıxanov avqustun 25-də II Fəxri xiyabanda dəfn edilib.

“İki sahil” xəbər verir ki, burada mərhumun ruhuna dualar oxunub, məzarı üzərinə gül dəstələri düzülüb, əklillər qoyulub.