Aparıcı Zaur Kamalın həftə içi hər axşam ARB kanalında ekranlara gələn “Həmin Zaur” proqramının yayımı dayandırılıb.
Kanalın mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Ozal İbrahimli "İki sahil"ə verdiyi açıqlamada bildirib ki, veriliş tətilə çıxıb.
“İnşallah, yeni mövsümdən davam edəcək. Formatla bağlı dəyişikliyin olub-olmayacağı yeni mövsüm hazırlıqları zamanı bəlli olacaq”, - o bildirib.