Rəqqasə Oksana Rəsulova maraqlı açıqlaması ilə gündəmə gəlib.
“İki sahil” xəbər verir ki, “Söz-baz” proqramına qonaq olan Rəsulova valideynlərindən danışıb. O, indiyə qədər etdiyi səhvlərə görə ata və anasından üzr istəyib:
“Səhvlərim çox olub. Valideynlərimə qulaq assaydım, bunlar olmazdı... Qulaq asmamışam. Buna görə də çox heyfslənirəm. Sizdən üzr istəyirəm.
Mənə görə çox kədərlənmisiniz, çox əziyyət çəkmisiniz. Mənə görə kənardan çox söz eşitmisiniz. Allah mənə qismət etsin, heç olmasa mən övladıma sizin kimi valideyn olum”. (Baku.ws)