06 iyul 2021 10:00
979

“Supermen”in rejissoru Riçard Donner dünyasını dəyişib

Tanınmış Amerikalı kinorejissor Riçard Donner 91 yaşında dünyasını dəyişib.

"İki sahil" TASS-a istinadən xəbər verir ki, rejissorun ölüm səbəbi hələ məlum deyil.

Riçard Donner 70-dən çox film və televiziya serialının rejissoru olub. 1978-ci ildə supergücə malik qəhrəman haqqında çəkdiyi "Supermen" filmi ona daha çox şöhrət gətirib.