30 iyun 2021 20:04
1075

Pop ulduz iş adamı ilə evləndi

Türkiyənin pop ulduzu Tuğba Özerk iş adamı Gökmen Tanaçarla ailə həyatı qurub.

"İki sahil" Türkiyə mediasına istinadla xəbər verir ki, toy cütlüyün İstanbuldakı villasında baş tutub. 1.5 ildir sevgili olan Gökmen və Tuğbanın toyuna az sayda qonaq dəvət edilib.

Türkiyə KİV orqanlarının məlumatına görə, iş adamı toy hədiyyəsi kimi sənətçiyə ferma hədiyyə edib.