30 iyun 2021 11:01
1108

Məşhur aktrisa niyə qandallandı? FOTO

Məşhur türkiyəli aktrisa Ayşegül Çinar Furkan Çalıkoğlu restoranda dava-dalaş salıb. Hadisə nəticəsində məşhur aktrisanın sevgilisi 5 restoran işçisi və 7 polis əməkdaşına bıçaqla xəsarətlər yetirib. Nəticədə sevgililərin qolları qandallanıb, onlar polis bölməsinə aparılıblar.

"İki sahil" türk mediasına istinadən xəbər verir ki, hadisə bu gecə baş verib. Restoranda baş verən davaya xüsusi təyinatlı polislər müdaxilə etməyə çalışıb. Hələlik hadisənin başvermə səbəbləri bəlli deyil.

Davanın böyüməməsi üçün restoran sahibləri dalaşanları ayırmaq istəyib. Ancaq Furkan Çalıkoğlu onları ayırmağa çalışan restoran işçilərinə də hücum çəkib. Daha sonra polislər aranı sakitləşdirməyə çalışıb. Ayşegül Çinarın sevgilisi polislərin də üzərinə bıçaqla gedib.

Yaralıların vəziyyəti kafi qiymətləndirilir. Qeyd edək ki, məşhur serial oyunçusu Ayşegül Çinarın qolları 3 ay əvvəl də qandallanıb. O, üzərində narkotik maddə gəzdirdiyi üçün polis bölməsinə aparılmışdı.