Məşhur rejissor Kventin Tarantino kinodan gedəcəyi tarixi açıqlayıb.
"İki sahil" xəbər verir ki, o "Bil Maher ilə Real Time" televiziya şousunda təqaüd qərarı barədə danışıb. Hollivudun tanınmış rejissorlarından olan 58 yaşlı Tarantino onuncu filmini çəkdikdən sonra kinodan ayrılacağını açıqlayıb.
Qeyd edək ki, 2019-cu ildə Tarantinonun karyerasında doqquzuncu olan "Bir dəfə Hollivudd" filmi çəkilib.