Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşəbbüsü ilə Silahlı Qüvvələr Günü münasibətilə tanınmış bəstəkar, Əməkdar incəsənət xadimi
Cavanşir Quliyevin “Əsgər marşı” əsəri yeni aranjimanda təqdim olunub.
“İki sahil” xəbər verir ki, idarədən AZƏRTAC-a bildirilib ki, şanlı qələbəmizdən ruhlanaraq vətənpərvərlik mövzusunda lentə alınan “Əsgər marşı” mahnısı Əvəz Muradov tərəfindən aranjiman edilib və Azərbaycan Dovlət Akademik Xor Kapellasının ifasında səslənir.