KÖŞƏ

Sevinc Azadi

Ermənistan məskunlaşdırma adı altında Dağlıq Qarabağda terrorçu dəstələr toplayır

17 sentyabr 2020 19:53
2901

Ermənistan dövləti 30 ildən artıqdır ki, dünya ictimaiyyətinin gözü qarşısında təcavüzkar siyasətini davam etdirir. Ermənistanın bu cinayətkar siyasətinin davamlılığını sübut edən faktlardan biri də odur ki, təkcə XX əsrdə azərbaycanlılar dörd dəfə - 1905-1906-cı, 1918-1920-ci, 1948-1953-cü və 1988-1993-cü illərdə erməni millətçiləri tərəfindən törədilən soyqırımı və etnik təmizləmələrə məruz qalıblar.

27 ildən artıqdır təcavüzkar Ermənistan aparılan danışıqlarda həmişə qeyri-konstruktiv mövqedən çıxış edərək prosesi süni surətdə uzatmağa çalışır. Ermənistanda hakimiyyət dəyişsə də, bu dövlətin terrorçu mahiyyəti dəyişməyib. Belə ki, münaqişənin ədalətli həlli ilə əlaqədar konkret planların müzakirə olunduğu bütün vaxtlarda Ermənistan tərəfi daim siyasi və hərbi təxribatlara əl atıb. Buna misal olaraq Aprel döyüşlərini, Şuşada keçirilən qondarma “prezident seçkilərini”, dövlət sərhədimizin Tovuz rayonu istiqamətində baş verən hadisələri göstərə bilərik. Bu proseslərin qarşısının alınmasında Azərbaycan öz prinsipial mövqelərindən bir addım belə geri çəkilmədi, Ermənistanın bütün həmlələrini dəf edərək onların təxribatlarına layiqli cavab verdi. Eyni zamanda, qondarma “Dağlıq Qarabağ respublikası”nda keçirilmiş qondarma “prezident seçkiləri”ndə də Ermənistan tərəfinin saxtakar və pozucu mövqeyi bir daha isbat olunub. Bildiyimiz kimi, başda ATƏT-in Minsk qrupunun həmsədrləri olmaqla ATƏT Parlament Assambleyası, Avropa İttifaqı və Avropa Parlamenti, Qoşulmama Hərəkatı, Türk Şurası, İslam Əməkdaşlıq Təşkilatı, NATO kimi beynəlxalq təşkilatlar bu “seçkilər”dən sonra bəyanatlar verərək onları tanımadıqlarını açıq-aydın şəkildə səsləndirdilər. Bununla da dünya birliyi Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü birmənalı şəkildə tanıdığını və dəstəklədiyini bəyan etdi. Lakin buna baxmayaraq, qeyri-rəsmi mənbələrin məlumatlarına görə, sentyabrın 2-də qondarma quruma, separatizmə başçılıq edən “prezident”in 100 günlük fəaliyyətinə dair konfransda hesabatla çıxış etməsinin nəzərdə tutulması bir daha Ermənistan tərəfinin sülh danışıqlarında destruktiv mövqe nümayiş etdirdiyinə əyani sübutdur.

Ermənilər işğal altındakı ərazilərimizdə süni məkunlaşdırma aparmaqla beynəlxalq hüquq normalarını, prinsiplərini, Cenevrə konvensiyasını, müxtəlif sazişləri ayaq altına atdıqlarını, həmin beynəlxalq hüquqi sənədləri qəsdən pozduqlarını bir daha nümayiş etdirmiş olurlar. Suriya ermənilərindən sonra bu dəfə də Livan ermənilərinin Ermənistana miqrasiyası, oradan isə işğal edilmiş Azərbaycan ərazilərinə köçürülməsi hədəflənir. Artıq təcavüzkar Ermənistan Livandan gətirilən erməni ailələrinin işğal altındakı Dağlıq Qarabağa göndərildiyini açıq şəkildə bəyan edib. ASALA erməni terror təşkilatının tarixən Livan ərazisində formalaşdığını nəzərə alsaq, xüsusi düşərgələrdə təlim keçmiş terrorçuların Azərbaycan ərazilərinə gəlməsi istisna edilmir.

Xatırladaq ki, Ermənistanın xarici ölkələrdən peşəkar muzdlu döyüşçülərin gətirməsi hələ keçmiş prezident Serj Sərkisyanın dövründən məlumdur. Belə ki, S.Sərkisyan ilk dəfə Prezident seçkilərinə qatılanda seçicilərlə görüşündəki çıxışlarının birində Suriya və İraqdan 60 min PKK üzvünün Qarabağa gətirəcəyinə söz vermişdi. Lakin bu sayda döyüşçünün gətirilməsindən öncə onların sosial problemlərini həll etmək lazım idi. Odur ki, keçmiş Hadrut, Əsgəran rayonlarında eləcədə Laçın, Kəlbəcər və Qubadlı ərazilərində qəsəbə tikintilərinə, Şuşa, Xankəndi şəhərlərindəki çoxmərtəbəli yaşayış binalarının təmir edilməsinə start verildi. Ermənistan artıq adı çəkilən ölkələrdən PKK üzvlərini və narkotik ticarətçilərini Qarabağda məskunlaşdırmağa başlayıb. Faktiki olaraq Qarabağda məskunlaşdırılan ermənilərin sayı Qarabağda yaşayan ermənilərin sayından 1,5 dəfə çoxdur. Birinci Qarabağ müharibəsindən sonra Qarabağda ermənilərin sayı 30 min idisə, hal-hazırda onların sayı 70-80 min civarındadır.

Son günlər Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərinə Livandan ermənilərin köçürülüməsi məsələsi araşdırılarkən məlum olub ki, Qarabağa ermənilərin iddia etdikləri kimi mülki əhali deyil, peşəkar muzdlu döyüşçülər və onların ailələri gətirilib. Bu cür məskunlaşdırılma beynəlxalq hüquqda müharibə cinayəti adlandırılır. “Respublika Armeniya” saytının verdiyi məlumata görə, Livandan 20 min erməni ailəsinin gətirilməsi planlaşdırılır. Avqustun axırlarında 800 erməni İrəvan vasitəsi ilə Qarabağa gətirilib. Livandan peşəkar muzdlu döyüşçülərin Qarabağa gətirilməsinə “Hayastan” Ümumerməni fondu 312 milyon dollardan çox, Qarabağın erməni icması rəhbərliyi tərəfindən 51,3 min, erməni əsilli amerikalı əxlaqsız Kim Kardaşyan isə 70 milyon dollar vəsait ayırıb. Bu vəsaitlər hesabına Qarabağda məskunlaşdırılan ermənilərin Azərbaycan Ordusuna qarşı vuruşacaqları planlaşdırılıb.