02 sentyabr 2019 18:39
1066

Rəqqasə səhnədə öldü - VİDEO

İspan müğənni və rəqqasə Coana Sainz səhnədə dünyasını dəyişib.

"İki sahil" Milli.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə anı lentə alınan video ötən gecə yayılıb.

Məlum olub ki, Las- berlanas şəhərində keçirilən konsert zamanı Super Hollivud Orkestri çıxış edib. Bu zaman pirotexnika patronu qəfildən partlayıb və sənətçi mədə nahiyəsindən yaralanıb. Sözügedən hadisə minlərlə tamaşaçının gözü qarşısında baş verib.

Saiz huşsuz halda xəstəxanaya çatdırılıb, lakin həkimlər ifaçının həyatını xilas edə bilməyiblər.

Qeyd edək ki, 30 yaşlı Coana Super Hollivud Orkestrinin əsas rəqqasəsi olub.