12 aprel 2026 21:50
122

Azərbaycanda yaşayan Macarıstan vətəndaşları parlament seçkilərində iştirak edib

Macarıstanın Bakıdakı Səfirliyində Macarıstan Parlament seçkiləri çərçivəsində səsvermə uğurla keçirilib.

​Səfirlikdən “İki sahil”ə verilən məlumata görə, Bakıda qeydiyyata alınmış 55 seçicidən 54-ü səsvermədə iştirak etmişdir.

​"Göstərdikləri dəstəyə görə Azərbaycan hakimiyyətinə təşəkkürümüzü bildiririk", - deyə səfirlikdən bildiriblər.

Qeyd edək ki, bu gün Macarıstanda parlament seçkiləri keçirilib. Seçki məntəqələri yerli vaxtla saat 06:00-dan saat 19:00-dək açıq olub.