Bakının Xətai rayonunda “Qazanlar-Keşlə” magistral qaz kəmərində quraşdırma və birləşdirmə işləri yaxın yarım saat ərzində yekunlaşacaq.
“Azəriqaz” İB-dən verilən məlumata görə, quraşdırılma işləri yekunlaşdıqdan sonra qazın təchizatı bərpa ediləcək.
Qeyd edək ki, bu gün səhər saat 09.00-dan etibarən Qaz İxrac İdarəsinin balansında olan “Qazanlar-Keşlə” magistral qaz kəmərinin üzərində quraşdırma işləri, eləcə də digər qaz xətlərində birləşdirmə işləri icra olunur.
Bu müddət ərzində Xətai rayonu, Gəncə, Babək prospektləri, S.Ə.Şirvani, Sarayev, M.Hadi, İ.Zülfüqarov, Sadıqcan, X.Məmmədov, H.Aslanov, M.Davud, Aşıq Qurban, Mingəçevir və Suleyman Əhmədov küçələrində, eləcə də NZS qəsəbəsi, Əhmədli kəndi və digər yerlərdə qaz təchizatı dayandırılıb.
SOCAR ilə “Karpowership” arasında beynəlxalq bazarlarda birgə fəaliyyət imkanları nəzərdən keçirilib
"Əsrin müqaviləsi"nin 32-ci ildönümü və Neftçilər Günü münasibətilə tədbir keçirilib - FOTO
SOCAR-ın kollektivi Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib - FOTO