SOCAR-ın prezidenti Rövşən Nəcəf Türkiyənin “Karpowership” şirkətinin İdarə Heyətinin sədri Orhan Remzi Karadeniz ilə görüşüb.
“İki sahil” xəbər verir ki, qurumun yaydığı məlumata istinadən xəbər verir ki, görüşdə qonaqlara SOCAR-ın qlobal genişlənmə strategiyası, müxtəlif ölkələrdə həyata keçirdiyi layihələr barədə məlumat verilib. Beynəlxalq fəaliyyət coğrafiyasını genişləndirən SOCAR-ın enerji dəyər zəncirinin müxtəlif istiqamətləri üzrə strateji tərəfdaşlıqlar qurmağa və investisiya portfelini şaxələndirməyə xüsusi önəm verdiyi qeyd olunub.
Söhbət zamanı SOCAR ilə “Karpowership” arasında beynəlxalq bazarlarda birgə fəaliyyət imkanları, o cümlədən elektrik enerjisi istehsalı, enerji infrastrukturu, yeni enerji həlləri və qarşılıqlı maraq doğuran digər istiqamətlər üzrə mümkün əməkdaşlıq perspektivləri nəzərdən keçirilib.
"Əsrin müqaviləsi"nin 32-ci ildönümü və Neftçilər Günü münasibətilə tədbir keçirilib - FOTO
SOCAR-ın kollektivi Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib - FOTO