05 noyabr 2026 21:24
298

Bu ərazilərdə qaz olmayacaq

Sabah Ağdaşın bəzi ərazilərində qazın verilişində fasilə olacaq.

“İki sahil” xəbər verir ki, bu barədə Zaqatala Regional Qaz İstismarı İdarəsi məlumat yayıb.

Bildirilib ki, görüləcək təmir-quraşdırma işləri ilə əlaqədar saat 09:30-dan işlər yekunlaşanadək Ağdaş rayonu Gürcüva kəndi və 20 Yanvar, M.P.Vaqif, Məşəd küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.