Mərkəzi Afrikanın qərb sahillərində yerləşən Qabonda hərbçilər dövlət radiostansiyasına nəzarəti ələ keçirərək ölkə Prezidentinə etibarın tükənməsinə görə "Milli Bərpa Şurası"yaradıldığını açıqlayıblar.
"İki sahil" “Report”a istinadən xəbər verir ki, hərbçilər radioefirdə Qabonda demokratiyanın bərpa edilməsinin vaxtının yetişdiyini bildiriblər.
Qeyd olunur ki, paytaxt Librevilin küçələrində tanklar və hərbi avtomobillər hərəkər edir.
Əlavə edək ki, Qabona 2009-cu ildən bəri hakimiyyətdə olan Prezident Əli Bonqo Ondimba başçılıq edir. KİV-in məlumatına görə, o, ötən ilin oktyabr ayında insult keçirib və Mərakeşdə müalicə kursu keçib.
İsrailin müdafiə naziri: Qəzzanın altındakı tunellərin 60%-i hələ də məhv edilməyib