İsrailin Livanın cənubuna zərbə endirməsi nəticəsində səkkiz nəfər ölüb, doqquz nəfər yaralanıb.
“İki sahil” xəbər verir ki, bu barədə "Mehr" Xəbər Agentliyi Livanın Səhiyyə Nazirliyinə istinadən məlumat yayıb.
"İsrailin Livanın cənubundakı Sayda vilayətində yerləşən Tuffah şəhərinə hava hücumu nəticəsində 8 nəfər şəhid olub, 9 nəfər yaralanıb", - nazirliyin məlumatında qeyd edilib.
Daha əvvəl cari ilin martın 2-dən bəri İsrailin hücumları səbəbindən Livanda 2 020 nəfərin həlak olduğu açıqlanmışdı.