ABŞ prezidenti Donald Tramp administrasiyasının İstehlakçıların Maliyyə Müdafiəsi Bürosunda kütləvi ixtisarları məhkəmələr tərəfindən əngəllənib.
“İki sahil” xəbər verir ki, İlon Maskın rəhbərlik etdiyi Hökumətin Səmərəliliyi Bölməsi, qənaət tədbirlərinin bir hissəsi olaraq büronun fəaliyyətinin dayandırılmasını tələb etmişdi.
Bununla belə, məhkəmə 2008-ci ildə Konqresin təsdiqi ilə yaradılmış İstehlakçıların Maliyyə Müdafiəsi Bürosunun Konqresin təsdiqi ilə bağlana biləcəyinə qərar verib.
Məhkəmə qərarına baxmayaraq, Tramp administrasiyası ofis işçilərinin 90 faizini işdən çıxarıb.
Bu insanların kompüterlərinə daxil olması dayandırılıb.
Amerika məhkəməsi bu qərarın da qeyri-qanuni olduğuna qərar verib.
O, bu praktikanın tez bir zamanda ləğv edilməsini və məhkəmə qərarlarına əməl olunmasını tələb edib.
Məhərrəm Ağalaroğlu, “İki sahil”