19 aprel 2025 14:54
125

Fidan Əlcəzairə gedəcək

Türkiyənin xarici işlər naziri Hakan Fidan sabah Əlcəzairə iki günlük səfər edəcək.

İki sahil” xəbər verir ki, “TRT Haber”in Türkiyə Xarici İşlər Nazirliyindəki mənbələrinə istinadən yazdığına görə, Fidan Türkiyə-Əlcəzair Ortaq Planlaşdırma Qrupunun (OPG) üçüncü toplantısında iştirak edəcək. Görüşdə ikitərəfli əlaqələr, xüsusilə enerji və müdafiə sənayesi məsələləri müzakirə olunacaq. Qəzza və Saheldəki hadisələr də gündəmdə olacaq.

Bildirilib ki, Fidan toplantıya Əlcəzairin xarici işlər naziri Əhməd Attaf ilə həmsədrlik edəcək.

Əlcəzair prezidenti Əbdülmecid Tebbun tərəfindən qəbul edilməsi gözlənilən türkiyəli nazirin səfəri çərçivəsində Türkiyənin Orandakı Baş Konsulluğunun rəsmi açılışı gözlənilir.

Məhərrəm Ağalaroğlu, “İki sahil”