19 aprel 2025 14:30
126

Romada ABŞ-İran danışıqlarının ikinci raundu keçirilir

Romada ABŞ və İran arasında nüvə sazişi üzrə danışıqların ikinci raundu başlayıb.

“İki sahil” xəbər verir ki, bu barədə İranın dövlət teleradio şirkəti (IRIB) məlumat yayıb.

Məsləhətləşmələr Oman səfirinin iqamətgahında keçirilir. İran nümayəndə heyətinə xarici işlər naziri Abbas Əraqçi, Amerika nümayəndə heyətinə isə ABŞ prezidentinin Yaxın Şərq məsələləri üzrə xüsusi nümayəndəsi Stiv Uitkoff başçılıq edir.