Parisdə Ukraynaya dair təklif olunan nizmanlanma layihəsində, yəqin ki, ABŞ-nin Kiyev üçün təhlükəsizlik zəmanəti yoxdur.
“İki sahil” xəbər verir ki, bu barədə “Washington Post” (WP) öz mənbələrinə istinadən razılaşmanın mümkün detallarını açıqlayıb.
“Bir maneə o ola bilər ki, o da, ABŞ tərəfindən dəstəklənən təhlükəsizlik zəmanətlərinin olmaması. Bunun əvəzində, görünür, Ukrayna Avropa ölkələrinin köməyi ilə öz başına qalacaq”, - məqalədə deyilib.
Nəşrin həmsöhbətləri vurğulayıblar ki, Birləşmiş Ştatlar olmadan Avropa Ukraynanı dəstəkləmək üçün lazım olan kifayət qədər hərbi və kəşfiyyat məlumatlarına malik deyil.