17 aprel 2025 23:49
138

Tramp İtaliyaya səfər edəcək

ABŞ Prezidenti Donald Tramp İtaliyaya səfər edəcək.

“İki sahil” xəbər verir ki, bu barədə İtaliyanın Baş naziri Corciya Meloni Ağ evdə Trampla görüşü zamanı açıqlayıb. O bildirib ki, ABŞ Prezidenti onun ölkəsinə rəsmi səfərlə bağlı dəvətini qəbul edib. Lakin səfərin tarixi açıqlanmayıb.

Qeyd edək ki, ABŞ vitse-prezidenti Ceym Devid Vance cümə günü Romaya səfər edəcək.