Rusiya liderinin köməkçisi Yuri Uşakov ABŞ və Rusiya prezidentləri Donald Tramp və Vladimir Putin arasında yeni dialoqun təşkili üzrə danışıqların aparıldığını açıqlayıb.
“İki sahil” xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.
"Söhbət bundan, bu telefon danışığından gedir. Hələ heç bir razılaşma əldə olunmayıb", - RİA Novosti onun sözlərindən sitat gətirib.
Aprelin 15-də ABŞ-ın xüsusi elçisi Stiv Uitkoff bildirib ki, Putin Sankt-Peterburqda şəxsi görüşü zamanı Amerika tərəfinə “uzunmüddətli sülhün” təmin edilməsi üçün çalışmağı təklif edib.