Bu il ümumi daxili məhsulun (ÜDM) 4,7 faizini müdafiəyə sərf edən Polşanın müdafiə xərcləri NATO müttəfiqləri arasında ən yüksək səviyyədədir.
“İki sahil” xəbər verir ki, bunu NATO-nun Baş katibi Mark Rutte Varşavada Polşanın Baş naziri Donald Tuskla birgə mətbuata bəyanatında qeyd edib.
O, Polşanın bu mənada nümunə olmağa davam etdiyini vurğulayıb:
"Getdikcə daha təhlükəli olan dünyada müdafiə xərclərinin artırılması vacibdir. Polşanın və ümumilikdə, NATO ərazisinin müdafiəsinə gəldikdə qeyd etmək lazımdır ki, əgər kimsə Polşaya və ya başqa bir NATO bölgəsinə hücum niyyətində olarsa, mütləq şəkildə alyansın kəskin reaksiyası ilə qarşılaşacaq və bu reaksiyamız dağıdıcı olacaq".