29 mart 2025 17:17
203

Saratovda sərnişin təyyarəsi qəzalı eniş edib

Rusiyanın Saratov şəhərində sərnişin təyyarəsi nasazlıq səbəbindən qəzalı eniş edib.

“İki sahil” xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin Nəqliyyat üzrə Qərb Regional İstintaq İdarəsi məlumat yayıb.

Qeyd edilib ki, hadisə zamanı xəsarət alan olmayıb.

"Təyyarə Saratov şəhərinin Qaqarin hava limanında qəzalı eniş edib. Heç bir zədə aşkar edilməyib, xəsarət alanlar yoxdur", - qurumun məlumatında bildirilib.