29 mart 2025 17:11
200

Almaniyada avtosalon yaxınlığında yeddi "Tesla" avtomobili yanıb

"Tesla"nın Almaniyanın şimalındakı Ottersberq icmasında yerləşən avtosalonu yaxınlığında firmaya məxsus yeddi avtomobil yanıb.

“İki sahil” Almaniya KİV-ə istinadən xəbər verir ki, bu barədə polis məlumat yayıb.

"Martın 29-də təxminən saat 3:30-da avtomərkəzin ərazisində “Tesla” markalı yeddi elektromobil alovlanıb və nəticədə tamamilə yanıblar", - məlumatda bildirilib.

Yanğının səbəbləri hələlik məlum deyil, hüquq-mühafizə orqanları araşdırmalara başlayıb.