22 mart 2025 19:56
412

Qərbi azərbaycanlılar Xaçmazda Novruz bayramını qeyd edirlər 

Yurd həsrəti ilə yaşayan Qərbi azərbaycanlılar təbiət qoynuna - Xaçmaz rayonuna üz tutublar. 

Buraya ölkənin müxtəlif bölgələrindən gələn həmvətənlər toplaşaraq keçmiş xatirələrini bölüşüb, yurd-yuvalarına dönəcəkləri günü həsrətlə gözlədiklərini, növbəti ildə Novruz bayramını doğma torpaqlarında keçirəcəkləri günü səbirsizliklə gözlədiklərini bildiriblər. 

Tədbirdə çıxış edənlər bu əhval-ruhiyyədə danışaraq Ali Baş Komandan, prezident İlham Əliyevin rəhbərliyi ilə məcburi köçkünlərin yurd-yuvalarına qayıdacaqlarına inandıqlarını bildiriblər. 

Tədbir musiqi sədaları altında, rəqslərlə davam edib. 

Aydın Adıgözəlov,
Xaçmaz, "İki sahil" üçün