29 mart 2025 17:25
202

Ərdoğan Qətər əmiri ilə regional və qlobal məsələləri müzakirə edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Qətər əmiri Şeyx Təmim bin Həməd Al Tani arasında telefon danışığı olub.

“İki sahil” xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.

Bildirilib ki, telefon danışığı zamanı ölkələr arasında ikitərəfli əlaqələr, regional və qlobal məsələlər müzakirə edilib.

Ərdoğan İsrailin Qəzza, Livan və Suriyadakı hücumlarına da toxunub. Türkiyə Prezidenti münaqişənin tezliklə sona çatması və zərərçəkənlərə kömək istiqamətində maksimum səy göstərməyə davam edəcəyini vurğulayıb.