Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Lyu Tszyançao ilə görüşüb.
“İki sahil” xəbər verir ki, Tokayev görüşdə Qazaxıstanın "vahid Çin" siyasətinə dəyişməz sadiqliyini təsdiqləyib.
Prezident, həmçinin əmin olduğunu bildirib ki, Çin sədri Si Cinpinin bu ilin iyun ayında II "Mərkəzi Asiya – Çin" sammitində iştirak etmək üçün Astanaya səfəri çərçivəsində "strateji əməkdaşlığın yeni üfüqləri" müəyyən ediləcək.
K.Tokayev Qazaxıstan və Çin arasında ticarət dövriyyəsinin artırılması və nəqliyyat, logistika, energetika və süni intellektin inkişafı sahələrində iri investisiya layihələrinin həyata keçirilməsi üçün böyük potensialın olduğunu qeyd edib. (“Report”)