10 mart 2025 14:08
92

Peskov Kursk vilayətinin azad edilməsi üzrə əməliyyatın gedişini qiymətləndirib

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Kursk vilayətinin azad edilməsi üzrə əməliyyatın gedişini qiymətləndirib.

“İki sahil” xəbər verir ki, bu barədə RT məlumat yayıb.

“Kursk vilayətinə gəlincə, əlbəttə ki, orada heç bir müddət yoxdur. Təbii ki, ordumuz torpağımızı tez bir zamanda təmizləmək üçün əlindən gələni edir”- deyə, o, qeyd edib.

Kreml sözçüsü əlavə edib ki, heç kim bölgənin azad ediləcəyinə şübhə etmir.

TASS Rusiya Müdafiə Nazirliyinin məlumatlarına əsaslanaraq hesablayıb ki, 2024-cü ilin avqust ayından Rusiya qoşunları Kursk vilayətində 32 yaşayış məntəqəsini azad edib.