09 mart 2025 02:02
267

Rövşən Nəcəf: “Yaşıl” istiqrazlar ölkəmizdə ekoloji təhlükəsizliyin təmin edilməsi üçün yeni impuls verəcək

Bakı Fond Birjasında “Yaşıl” təyinatlı SOCAR İstiqrazlarının bazar əməliyyatlarının başlanması həm şirkətimiz, həm də ölkəmizin kapital bazarlarının inkişafı və ekoloji investisiya ekosisteminin genişləndirilməsi üçün əlverişli imkanlar yaradır.

İki sahil” xəbər verir ki, bunu SOCAR-ın prezidenti Rövşən Nəcəf feysbukda yazıb.

Şirkət rəhbəri qeyd edib ki, “Yaşıl Gəlir, Yaşıl Gələcək” şüarı ilə buraxılan və ictimaiyyət tərəfindən böyük maraqla qarşılanan bu maliyyə aləti yalnız sabit gəlir mənbəyi deyil, həm də ekoloji dəyərləri önə çəkən, dayanıqlı inkişaf prinsiplərinə sadiq sosial məsuliyyətli investisiya nümunəsini təcəssüm etdirir: “Yaşıl” istiqrazlar ölkəmizdə ekoloji təhlükəsizliyin təmin edilməsi və ətraf mühitin mühafizəsi, habelə təmiz və dayanıqlı enerji resurslarının inkişafı istiqamətində həyata keçirilən layihələrə, strateji təşəbbüslərə yeni impuls verəcəkdir”.